Ötən ay “Terra 2.0” adlı yeni kriptovalyuta satışa çıxarıldıqdan az müddət sonra çöküb.
Yenicag.az xəbər verir ki, kripto analitik firması “Nansen” UST-nin çökməsinə səbəb olan hadisələrin zəncirvari təhlilini tərtib edib.
Tədqiqatçılar investorların aktivlərindən 40 milyard dollarlıq kriptovalyutanın çökməsinə yalnız 7 treyderin səbəb olduğunu araşdırıblar. Zəncirvari araşdırmaya görə, mayın 7-dən 11-dək UST-nin dollara bağlana biləcəyinə inamın itməsi nəticəsində kriptovalyuta birjalarında tokenin satışı kəskin şəkildə aşağı düşüb.
Qeyd edək ki, “TerraUSD” (UST) bir dolların qiymətinə bağlanır və “Terra” (LUNA) tərəfindən təmin edilir. LUNA pul emissiyasından əldə edilən gəlir vasitəsilə UST-nin sabitliyini və təhlükəsizliyini təmin edən aktiv ehtiyatdır. Kriptovalyutaların qiymətini sabitləşdirmək üçün LUNA tərəfindən atılan addımların uğursuz nəticəsindən sonra qiymətin 10 dollardan da aşağı düşməsi müşahidə olunub. Bu çöküş “Bitcoin” (BTC), “Ethereum” (ETH) və digər aparıcı kriptovalyutaların son 18 ayda ən aşağı səviyyələrinə enməsinə səbəb olub.
LUNA-nın “Terra 2.0” adlı yeni versiyasını təqdim edən “Terra” pulsuz tokenlər paylayaraq investorlara bir az kompensasiya verməyə ümid edir. Lakin buna baxmayaraq, “Terra 2.0” tokeni də ucuzlaşıb. Belə ki, tokenin 20 dollara yaxın qiyməti bir neçə saat ərzində dəyərini itirərək 5 dollardan aşağı olub.
Gülşən Şərif
www.yenicag.az