KTMT Ermənistana yeni üzvlük haqqı hesablayacaq

media-hightechnic-468x90

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) nümayəndəsi Viktor Vasilyev Ermənistanın gələn il üçün təşkilata üzvlük haqqını ödəməkdən imtina etmək qərarına şərh verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Siyasətçi bildirib ki, 2025-ci il üçün üzvlük haqqının məbləği hesablanacaq və hesab Ermənistana göndəriləcək.

İrəvanın 2024-cü il üçün KTMT-yə üzvlük haqqı 53.22 milyon rubl (təxminən 1.031 milyon manat – red.) təşkil edib. Respublika hakimiyyəti ölkənin təşkilatda iştirakının dondurulduğunu elan edərək bu məbləği ödəməkdən imtina edib.

İyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxa biləcəyini açıqlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05