KTMT-nin saytı sındırılıb və DDoS hücumuna məruz qalıb.
Yenicag.az xəbər verir ki, bu barədə Təşkilatın katibliyinin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın 13-də saat 23:00 radələrində KTMT-nin www.odkb-csto.org rəsmi saytı DDoS hücumuna məruz qalıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, resursun fəaliyyəti pozulub, bəzi məlumat xarakterli mesajlara icazəsiz dəyişiklik etmək cəhdləri qeydə alınıb, 14 sentyabr 2022-ci il saat 07:00-dək giriş mümkün olmayıb.
Hazırda sayt qismən bərpa edilib, icazəsiz müdaxilənin lokallaşdırılması və zədələnmiş və ya itirilmiş məlumatların bərpası üçün tədbirlər görülür./Unikal/
www.yenicag.az