“Qarabağ” Polşa klubu üzərində qələbə qazandı

media-hightechnic-468x90

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu növbəti yoxlama oyununda da qələbə qazanıb.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşanın “Zaqlembe” komandasına qalib gəlib – 3:1.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın “Neftçi” klubunu beş cavabsız qolla üstələyib, Xorvatiyanın “Osiyek” kollektivini 3:1 hesabı ilə məğlub edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa