KTMT sədri: “Ümid edirik ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişini imzalayacaq”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında yaxın gələcəkdə sülh sazişinin imzalanacağına ümid edir”.
Yenicag.az “Azatutyun”a istinadla xəbər verir ki, bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov Bişkekdə keçirilən KTMT Parlament Assambleyasının Şurasının növbəti iclasında çıxışı zamanı bəyan edib.
“Cənubi Qafqazda müəyyən pozitiv dinamika müşahidə olunur. Bu da Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında aparılan danışıqların yekunlaşması və dövlətlərarası sənədin razılaşdırılması ilə bağlı verilmiş bəyanatlarda öz əksini tapır. Ümid edirik ki, sənəd tezliklə imzalanacaq və onun həyata keçirilməsi regionda sülh və sabitliyin təmin olunması üçün etibarlı zəmin yaradacaq”, – deyə KTMT baş katibi bildirib.
Xatırladaq ki, Əliyev–Paşinyan görüşü fonunda rəsmi Bakı bir daha sülh sazişinin imzalanması üçün əsas şərtlərini gündəmə gətirib. Bu şərtlər arasında Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun ləğvi yer alır.
Rafi Müslümov