Çərşənbə axşamı Kubadan son 50 il ərzində ilk dəfə olaraq qanuni yük gəmisi Amerikanın Florida ştatının Fort-Loderdeyl şəhərində Everqleyds limanına yan alıb.
Yeniçağ.Az “Reporta”a istinadən xəbər verir ki, gəmi Birləşmiş Ştatlara adada özəl işçi birlikləri tərəfindən kustar üsulla hasil edilmiş ağac kömürü ilə dolu iki konteyner gətirib.
Bu tədarüklər, adaya qarşı ticarət embarqosunun olmasına baxmayaraq, Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın Maliyyə və Ticarət nzirlikləri tərəfindən həyata keçirilmiş bir sıra tədbirlər sayəsində mümkün olub.
Yeniçağ.Az
www.yenicag.az