!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Külək daha da güclənəcək

!Reklam – Yazi

Ölkə ərazisində martın 30-da hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, şimal-qərb küləyi Maştağada və Bakıda 30, Neft Daşlarında və Çilov adasında 29, Qum adasında 28, Pirallahıda 24, Binədə və Sumqayıtda 23, Ələtdə 20, Zabratda 19, Daşkəsəndə 30, Neftçalada 22, Xınalıqda 20, Biləsuvar və Şamaxıda 18 m/s-dək güclənib.

Neft Daşları Stansiyasından alınan məlumatına əsasən dalğanın hündürlüyü 6,5 metrə çatıb.

***

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 31-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

COP29

www.yenicag.az

2815
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv