Salyanda gənc oğlan Kür çayında batıb.
Yenicag.az xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.
Məlumata görə, Salyan şəhər sakini, 15 yaşlı Emin Əziz oğlu (soyadı dəqiqləşdirilir-red) və daha iki nəfər qayıqla Kürün Şirvan tayına keçmək istəyən zaman qayıq aşıb. Bu zaman onların hər üçü çaya düşüb. Çaya düşənlərdən ikisi xilas olsa da, Emin çayda batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.