Kürdəmirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyunun 25-də saat 7 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Şuşa rayon sakini Yelmar Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı arxa aşırıb. Nəticədə sərnişini, arvadı Tamara Rzayeva hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.