!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kursk hücumunda psixoloji MƏQAM: “Rusiyanın bu vilayətləri təhlükədən azad deyil”

!Reklam – Yazi

“Qərb mətbuatına baxsaq, görərik ki, onlar Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu bir fiasko adlandırırlar. Lakin digər bir tərəfdən isə burada psixoloji bir məqam mövcuddur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Siyasi təhlilçi Ukrayna ordusunun Kursk vilayətinə hücumunun fiasko adlandırılması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

F. Abbasova görə, burada psixoloji məqam ondan ibarətdir ki, Rusiyanın Ukrayna ilə sərhədləri boyunca heç bir Rusiya vilayəti təhlükədən azad deyil:

“Yəni Ukrayna istər Qərbin, istərsə də öz ordusunun köməkliyi ilə istədiyi vaxt Rusiyanın hər hansı bir şəhərinə hücum edərək, sərhədləri təyin edən lövhələri ayaqlarının altına alaraq, o bölgədə özünü ev sahibi apara biləcək iqtidara və gücə sahibdirlər.

Əlbəttə, Kursk vilayətinə hücum olmasaydı belə, Rusiya ordusunun Pokrovksa hücumu onsuz da baş tutacaqdı və bunun Kursk vilayətinə hücumla bir əlaqəsi yoxdur. Rusiyanın 2022-ci ildən bu yana aktiv hücumları davam edir. Amma heç bir şəkildə Ukraynanın Kurska hücum etməsini özünü oranın sahibi kimi aparması kimi əlaqələndirmək doğru deyil. Rusiya onsuz da Ukraynanı ələ keçirmək üçün planlar qurmaqda davam edir. Əgər A planı işləmədisə, B, o da işləməzsə, C planını həyata keçirməyə başlayacaqlar. Yəni bu planlar çoxdur və fəaliyyət göstərir. Bu arada, Ukrayna ordusunun Kurska hücum etməsi Rusiya iqtidarı üçün olmasa da, əhalisi üçün psixoloji gərginlik yarada bilər”.

Xatırladaq ki, nüfuzlu bir sıra Qərb nəşrləri Ukraynanın avqustun əvvəlindən başlatdığı Kursk əməliyyatlarını fiasko adlandırıblar. Analitiklərin fikrincə, Ukrayna ordusu bütün gücünü və hərbi resurslarını Kursk və Belqorod vilayətləri istiqamətində cəmləsə də, Donbas cəbhəsində Rusiya aktiv şəkildə irəliləməyə davam edir. İddialara görə, Ukrayna ordusu yaxın günlərdə Pokrovsk qəsəbəsini də itirə bilər.

Rafi Müslümov

COP29

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv