Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Küveyt Dövlətində yaşayan, işləyən və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilib.
Öncə tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Dünya Azərbaycanlılarına ünvanladığı müraciəti oxunub.
Eyni zamanda “Vətənsevər Dostluq Cəmiyyəti”nin Sədri Könül Hacıyeva çıxış edərək Küveytdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçılarına Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib. Tədbirdə Azərbaycanın müstəqillik əldə etməsinin Dünya Azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr tarxinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsinin əhəmiyyəti qeyd olunub.
Tədbirin sonunda bayram ziyafəti verilib.
www.yenicag.az