Küveytdəki terrorda həmyerlilərimiz xəsarət almayıb
Küveytdəki əl-Küveyt məscidində törədilmiş terror aktı zamanı ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olmayıb.
Yenicag.az trend-ə istinadən xəbər verir ki, səfirlik Küveytdə yaşayan həmvətənlərini ehtiyatlı və diqqətli olmağa, eləcə də insanların toplaşdığı yerlərə getməməyə çağırıb.
Hazırda Küveytdə təqribən Azərbaycanın 50 vətəndaşı müvəqqəti yaşayır. Qeyd edək ki, iyunun 26-da törədilmiş terror aktında 24 nəfər həyatını itirib.