!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Küveytdən neftin qiymətinə təsir edən addım

!Reklam – Yazi

716d74006cf7afcd7ca7105be3d5bf68OPEC üzvü olan Küveyt gündəlik neft hasilatını 130 min barel azaldaraq 2,75 mln. barelə endirib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Al-Anba” qəzeti Küveyt Neft Korporasiyasının (“Kuwait Oil Co.”) baş icraçı direktoru Camal Cəfərə istinadən məlumat yayıb.

Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı bu xəbərdən sonra London birjasında neftin qiyməti qalxıb. Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçersləri 1 barelə görə 36 sent artaraq 57,18 dollar olub. Qiymət ötən il 52% qalxıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında isə ötən gün Yeni il bayramı ilə əlaqədar olaraq hərrac keçirilməyib.

Cənubi Koreyanın “Samsung Futures Inc.” şirkətinin əmtəə analitiki Hong Sung Ki bildirib ki, Səudiyyə Ərəbistanına yaxın olan Küveyt kimi ölkələrin hasilatın azaldılmasını cəldliklə həyata keçirməsi başa düşüləndir. O qeyd edib ki, bazarın əsas narahatlığı İraq və Rusiya ilə bağlıdır. Analitik neftin 1 barelinin qiymətinin 60 dollara çatacağını, lakin ABŞ-da neft quyularının artmasının neftin qiymətinin daha çox qalxmasına imkan verməyəcəyini proqnozlaşdırır.

Yeniçağ.Az

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv