Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Laçın” ticarət mərkəzinin sahibi iş otağında öldü

img1309334-300x225Bu dəqiqələrdə (13:10) AzPolitika.info-ya daxil olan məlumata görə, Bakının 8-ci kilometr qəsəbəsində, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Laçın” ticarət mərkəzinin sahibi Məsud Vəliyev iş otağında ürəktutmasında dünyasını dəyişib. Məlumata görə, hadisə təxminən 1 saat əvvəl baş verib. Sahibkar səhər işə gələrək, Ticarət Mərkəzini gəzib və iş otağına daxil olub. Bir qədər sonra dünyasını dəyişib.

İlkin ehtimala görə, “Laçın” ticarət Mərkəzinin MTN-in sabiq rəhbərliyi ilə bağlılığı olub. Bu səbəbdən M.Vəliyevin son vaxtlar fikirli olduğu müşahidə olunurmuş.

Hazırda Mərkəz boşaldılaraq bağlanıb.

Yenicag.az

www.yenicag.az

2114