!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçında kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır - BƏYANAT

!Reklam – Yazi

Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyi Beynəlxalq humanitar hüquqa zidd olaraq Laçında aşkarlanan PMN-Э növlü minalarla bağlı birgə bəyanat yayıb.

Yenicag.az-a daxil olan bəyanatda deyilir:

“Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır. Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən cari ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib. Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.

Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

Həmçinin, Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir. Ermənistanın basdırdığı piyada əleyhinə mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir. Bununla isə Ermənistan düşmənçilik niyyətini bir daha sübut edir”.

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv