Lady Gaganın çətin anları
YENİCAG.AZ xəbər verir ki, İstanbulda ilk dəfə konsert verməyə hazırlaşan Lady Gaga, onu qarşılamağa gələn pərəstişkarlarının izdihamı səbəbindən çətin anlar yaşayıb.
Gaga 16 Sentyabr Çərşənbə axşamı İstanbul Texniki Universitetində sevənləriylə görüşəcək. Dünyaca məşhur ulduzun gənc pərəstişkarları, qarşılarında Gaganı görüncə dəliyə dönüb. Lady Gaga İstanbula anası və iti ilə gəlib.
Qeyd edək ki, Lady Gaga xoş qarşılanmağının ardından “Ən yüksək səviyyədə nəzakət. Milyonlarla təşəkkür, özümü bir şahzadə kimi hiss edirəm” deyib. O, instagramda paylaşdığı fotoşəkillərdə qaldığı oteli çox bəyəndiyini ifadə edərək, “burada qaldığım müddətdə hətta bir neçə mahnı da bəstələyərəm” deyə şərh edib.