"Lalafo"da DƏLƏDUZLUQ: "Leo Bank" və ABB-nin 7 aylıq sükutu istintaqı çıxılmaz vəziyyətə salıb

media-hightechnic-468x90

Sumqayıt sakini onlayn satış platforması vasitəsilə motosiklet almaq istəyərkən dələduzluğa məruz qalıb. Polis operativ şəkildə araşdırmaya başlasa da, “Leo Bank” və Beynəlxalq Bank 7 aydır rəsmi sorğulara cavab vermir.

Yenicag.az xəbər verir ki, Sumqayıt şəhər sakini Məcidov Orxan ötən ilin avqust ayının 25-də “Lalafo” onlayn satış tətbiqi vasitəsilə dələduzluqla üzləşib. Belə ki, vətəndaş bəyəndiyi motosikletin pulunu onlayn kart vasitəsilə qarşı tərəfə göndərib. Lakin ödənişdən dərhal sonra satıcı ilə əlaqə tamamilə kəsilib və həmin şəxs yoxa çıxıb.

Hadisədən sonra zərərçəkən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinə müraciət edib. Polis əməkdaşları məsələyə dərhal reaksiya verərək araşdırmalara başlayıblar. Dələduzluq faktının üstünün açılması və şübhəlilərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə müvafiq banklara rəsmi sorğular göndərilib.

Avqust ayından bu yana, yəni təxminən 7 ay keçməsinə baxmayaraq, sorğu göndərilən banklar  “Leo Bank”Azərbaycan Beynəlxalq Bankı (ABB) hüquq-mühafizə orqanlarının müraciətlərinə hələ də cavab verməyib. Bu isə faktiki olaraq istintaqın gedişinə mane olmaq, dələduzların ifşa olunmasını ləngitmək deməkdir.

Maraqlıdır ki, vətəndaşların pullarının dövr etdiyi, “müştəri məmnuniyyəti” və “şəffaflıq” şüarlarını ön plana çıxaran banklar konkret cinayət faktı ilə bağlı nəinki operativ davranmır, hətta Daxili İşlər Nazirliyinin rəsmi sorğularına belə biganə yanaşırlar. Bu yanaşma istər-istəməz suallar doğurur:

Banklar kimi qoruyur – müştərini, yoxsa dələduzu?

Məcidov Orxanın qarşılaşdığı bu vəziyyətdə bankların təqdim etməli olduğu məlumatlar olmadan istintaqın tam və effektiv aparılması mümkün deyil. Sumqayıt polisi işinə məsuliyyətlə yanaşaraq üzərinə düşəni etsə də, prosesin uzanması məhz bank sektorundakı laqeydliyin nəticəsidir.

Məsələ bir daha göstərir ki, vətəndaşları onlayn dələduzluqdan qorumaq təkcə polisin yox, bankların da birbaşa vəzifəsidir. Əks halda, bankların bu susqunluğu istintaqa kömək deyil, ədalətin qarşısında əngələ çevrilir.

Xəbərdə adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05