Lalə Azərtaşdan təkzib kimi REAKSİYA – “Diqqətlə qulaq asanlar...” / VİDEO

media-hightechnic-468x90

Xəzər TV-nin aparıcısı Lalə Azərtaş ötən gün təbii qaz limitinin artırılmasına dair səsləndirdiyi fikirlərin ona məxsus olmadığına eyham vurub.

Yenicag.az xəbər verir ki, qeyd olunan fikirlərinə görə sərt və ironik tənqidlərə məruz qalan Lalə Azərtaş “Instagram”da özü ilə bağlı edilmiş paylaşıma maraqlı rəy yazıb.

Lalə Azərtaş “Instagram” istifadəçilərindən birinin ona yönəlik dəstək xarakterli paylaşımına belə reaksiya verib:

“Təbii ki, diqqətlə qulaq asanlar bu cür də qiymətləndirməliydi. Təşəkkürlər”.

Aparıcının bu rəyi onun təbii qaz limitinin artırılmasına haqq qazandırmasının şəxsi mövqeyi olmadığı, daha çox məcburiyyətdən irəli gəldiyi qənaətini yaradıb.

https://www.youtube.com/watch?v=eZMqIpiThIA

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600