Liberal Partiyanın (ALP) lideri Lalə Şövkətin təşkilatın sədri Əvəz Temirxanı vəzifəsindən uzaqlaşdırdığı haqda məlumat yayılıb.
Bu barədə Yenicag.az-a daxil olan məlumatda ALP lideri Lalə Şövkətin bu addımının 2018-ci il prezident seçkilərinə yönəlik “profilaktik” xarakter daşıdığı bildirilir.
Temirxanın Bakını tərk edərək, doğma rayonu Bərdəyə daşınmasına dair bir müddət əvvəl yayılmış məlumat onun ALP sədrliyindən uzaqlaşdırılması xəbərinin ciddiliyini artırır.
Lakin qeyd edilən xəbərlə bağlı Yenicag.az-a açıqlama verən Əvəz Temirxan həmin məlumatın doğru olmadığını deyib.
Söhbətimizdə bu məlumatın hansı mənbədən alındığını israrla öyrənməyə cəhd edən Temirxan lakonik açıqlamasında bunları söyləməklə kifayətlənib:
“Bu xəbəri sizə çatdıran mənbənizə deyin ki, bir də belə yalan məlumat yaymasın”.
Elvin Paşazadə
www.yenicag.az