Bu məlumatın spekulyativ olmasını təsdiqləyən digər fakt qurultayın onlayn keçirilməsi ilə bağlıdır. Ölkədə digər kütləvi tədbirlərin açıq keçirilməsinə qadağa və ya epidemik vəziyyət görə məhdudlaşdırma yoxdursa, partiyaların qurultay və digər tədbirləri də açıq keçirilməlidir. Ona görə də qurultayın onlayn keçirilməsi faktı qanunauyğun deyil. Bu, qanunvericiliklə də təsbit olunur.
Bildirək ki, Lalə xanım aktiv siyasətdən uzaqdır. Siqdi Şövkətin açıqlamasından da aydın görünür ki, Əvəz Temirxanın hərəkətindən xəbərsizdir və onun yaydığı bu məlumat spekulyativ xarakter daşıyır.
Onu da xatırladaq ki, Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə öz fəaliyyətinə xitam verib və bununla bağlı bəyanat qəbul edib.
www.yenicag.az