Latviya Prezidenti: "İlham Əliyevlə gələcəkyönümlü müzakirələr apardıq"
“Azərbaycan Prezidenti ilə çox səmərəli, nəticəyönümlü və gələcəkyönümlü müzakirələr apardıq”.
Yenicag.az xəbər verir ki, bu sözləri aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.
Ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu vurğulayan Latviya Prezidenti qeyd edib ki, bu gün Bakıda keçiriləcək biznes forum iki ölkə arasındakı iqtisadi əməkdaşlığın daha da genişlənməsinə mühüm təkan verəcək.













