Lavrov Mirzoyanla müzakirə APARDI
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistandan olan həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.
Yenicag.az Rusiya XİN-ə istinadən xəbər verir ki, nazirlər ikitərəfli, regional və qlobal gündəlikdəki aktual məsələləri müzakirə ediblər.
Lavrov İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasında əldə olunan irəliləyişin Moskvada yüksək qiymətləndirilildiyini söyləyib.