Lavrovun müavini Bakıda məsləhətləşmələr apardı

media-hightechnic-468x90

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin azərbaycanlı həmkarı Samir Şərifovla Bakıda məsləhətləşmələr aparıb, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın artırılması imkanları nəzərdən keçirilib”. məlumatda deyilir.

Yüksək rütbəli diplomatlar həmçinin Moskva və Bakı arasında münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05