Lekornyunun ardınca Makronun istefası tələb olundu
“Fransa prezidenti Emmanuel Makron baş nazir Sebastyan Lekornyunun ardınca istefaya getməlidir, geriyə sayım başlandı”.
Yenicag.az xəbər verir ki, bu sözləri Fransa Senatının “Məğlubedilməz Fransa” fraksiyasının lideri Matilda Pano özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O xatırladıb ki, Lekornyu təyinatından bir ay keçməmiş istefa verib, hökumətin üç başçısı bir ildən az müddət ərzində üç dəfə fiaskoya uğrayıb.
Xatırladaq ki, Yelisey sarayının oktyabrın 6-da yaydığı məlumata görə, Fransanın baş naziri istefa verib və Makron onun istefa ərizəsini qəbul edib. Bununla da Sebastyen Lekornyu Fransanın bütün tarixi ərzində ən qısa müddətə vəzifədə qalan hökumət başçısı olub.