Lənkəranda baş verən qəzada velosipedçi həlak oldu

media-hightechnic-468x90

Lənkəranda “Toyota” markalı avtomobilin sürücüsü velosipedçini vuraraq öldürüb.

Yenicag.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Liman şəhər sakini 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən velosipedçi, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. R.Teymurov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa