Lənkəranda ev yanıb
Lənkəranda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə sentyabrın 22-də saat 9.00 radələrində şəhərin Vaqif Nağıyev küçəsi, 102 ünvanında 1946-cı il təvəllüdlü Mirzağa İspər oğlu Əzizova məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə cəlb olunan 2 yanğınsöndürən maşın və canlı qüvvənin səyləri ilə yanğının əhatə dairəsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli 12 otaqlı evin birinci mərtəbəsində 2 otaq və mətbəx içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan ekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.