Lənkəranda ferma yanıb

media-hightechnic-468x90

Lənkəranda iş adamına məxsus ferma yanıb.

“Report”un cənub bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.

Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

Qısa müddətdə yanğın lokallaşdırılıb.

Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa