!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda yol qəzasında ölənlərin sayı 2-yə - YENİLƏNİB

!Reklam – Yazi

Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə 3-ə çatıb

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, Lənkəranın Velədi kəndi ərazisində “Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.

Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

***

Lənkəranda ağır yol qəzası baş verib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Yeniçağ.Az

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv