"Lerik" "Şirvan"a məlub oldu: II Liqada çıxış edəcək
Azərbaycanın II Liqasına vəsiqə uğrunda pley-off matçının qalibi bəlli olub.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, “ASCO Arena”da baş tutan oyunda “Lerik” “Şirvan”la qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabı ilə bitən görüşdə qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Burada daha bir qol vuran “Şirvan” kollektivi qarşılaşmanı 3:2 hesabı ilə öz xeyrinə bitirib.
Qeyd edək ki, bu nəticənin ardından “Şirvan” 2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanıb..Məğlub olan “Lerik” klubu isə yeni mövsümdən AFFA Region Liqasında mübarizə aparacaq.