Lerik və Masallıda birmərtəbəli ev yandı 

media-hightechnic-468x90

Lerik rayonunun Aran kəndində ümumi sahəsi 128 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və bitişik, ümumi sahəsi 30 m² olan talvarın altına yığılan 6 ton ot bağlamasının 1 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Köhnə Alvadı kəndində ümumi sahəsi 75 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600