“Leyla Yunusa qarşı irəli sürülən qondarma ittihamlar, …”

media-hightechnic-468x90

hMilli Şuranın sessiyasını tutaq ki, elə sizin ofisinizdə keçirmək olmazmı?

Yaxud niyə KXCP qərargahı ola-ola dağa-daşa düşürsünüz?

Cəmiyyətdə də getdikcə belə fikirlər hakim kəsilir ki, dərd yer dərdi deyil, başqa əmmalar var. Niyə bu şayiələrə rəvac verirsiniz?
Bu sualları Milli Şuranın koordinasiya mərkəzinin üzvü, tanınmış hüquqşünas Namizəd Səfərov cavablandırıb:

“Heç bir digər səbəb yoxdur. Bu gün MŞ-nın yığışa biləcəyi yeganə məkan Leyla Yunusun daxmasıdır. Biz o uçuq-sökük ,istidən dayanmaq mümkün olmayan mənzildə bir neçə dəfə toplaşdığımızdan və Leyla xanıma bunu qadağan edə bilmədiklərindən onu həbs etdilər.Yəqin ki,unutmamısınız, mənzilini AXCP-yə icarəyə verildiyi və Milli Şuranın da sessiyalarının keçirildiyi vətəndaş Azər Əsgərovun mülkünü partlatdılar,ürəkləri soyumadı, söküb yerlə yeksan etdilər.
Ölkənin ən böyük və nüfuzlu partiyası olan AXCP 10 ilə yaxındır ki,qərargah üzünə həsrət qoyulub. Hakimiyyət demək olar ki, siyasi fəaliyyəti Vətənə xəyanət kimi qiymətləndirir. Leyla Yunusa qarşı irəli sürülən qondarma və əndrabadi ittihamlar və onun həbs olunması dediklərimin bariz nümunəsi və təsdiqidir. KXCP-nin qərargahına gəldikdə isə hiss olunur ki, onlara da bu barədə xəbərdarlıq olunub…”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600