Leyla Yunusdan özbaşınalıq

media-hightechnic-468x90

şşşşSülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verməkdən imtina edib.

O, iyulun 7-si səhər saat 10-a dəvət almışdı. Leyla Yunus Sülh və Demokratiya İnstitutunun xətti ilə xalq diplomatiyası layihələrinin iştirakçısı olmuş jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilməlidir.

Sənədləri geri qaytarılmasa prokurorluğa getməyəcək: “Prokurorluq qanunsuz olaraq iki aydan çoxdur pasportlarımızı və evimizin sənədlərini götürüb. Yalnız sənədlərimiz bizə qaytarıldığı təqdirdə prokurorluğa gedəcəm. Bu gün də sözümün üstündə durub ifadə verməyə getmədim. Bu gün prokurorluqdan heç kim zəng etməyib. Evimizin qarşısına da gələn yoxdur”.

Aprelin 28-i gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus Bakı aeroportundan Qətərin paytaxtı Doha şəhərinə yola düşərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600