Leyladan onu QINAYANLARA: “Başınıza gəlsin”

media-hightechnic-468x90

Müğənni Leyla Rəhimova keçmiş həyat yoldaşı ilə bağlı açıqlamasına görə onu qınayanlara cavab verib. 

Yenicag.az xəbər verir ki, sənətçi “Rəngarəng” verilişində Amerikada yaşayan keçmiş ərindən etdiyi tələbə görə onu qınayanlardan danışıb:

“Mən özümün və uşaqlarımın haqqını tələb edirəm, sənədləri istəyirəm. Başqa heç bir şey istəmirəm. Burada tərbiyəsiz bir hərəkət etmirəm. “Green Card” özüm üçün ona görə istəyirəm ki, sabah uşaqlarım Amerikaya getsə, mən onları tək buraxa bilmərəm. Sadəcə onu demək istəyirəm ki, kim məni nəyəsə görə qınayırsa, başına gəlsin”.

Qeyd edək ki, Leyla keçmiş ərinin onu aldadaraq “valideynlərini ziyarət” adı ilə Bakıya gətirdiyini deyib. Onun dediyinə görə, həyat yoldaşı onları Bakıda qoyub, uşaqlarının sənədini də özü ilə Amerikaya aparıb. Sonradan isə o sənədləri itirdiyini bildirib. Müğənni həyat yoldaşının onu boşaması xəbərini sosialal şəbəkədə paylaşımından sonra öyrəndiyini də açıqlayıb.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa