!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leysan yağışları 35 can aldı - 50 nəfər itkin düşdü - YENİLƏNDİ

!Reklam – Yazi

Yaponiyanın qərbində leysan yağışları və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Trend-in məlumatına görə, 47 nəfər itkin düşmüş hesab edilir.

Hadisə bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyatlara 48 min hərbçi cəlb olunub.

Ümumilikdə ölkənin 14 prefekturasındda 3 milyondan çox insan təxliyə barədə tövsiyələr alıb.

***

09:02

Yaponiyada leysan yağışları nəticəsində 15 nəfər ölüb.

Yenicag.az-ın xarici mediaya istinadən xəbər verir ki, leysan yağışları 50-dən artıq insanın itkin düşməsinə səbəb olub.

Ölkədə 3 milyondan artıq insan təxliyə barədə tövsiyələr alıb. Təxliyə barədə tövsiyələr alanların təxminən yarısı Kioto prefekturasının sakinləridir.

Yaponiya höküməti yanında məlumat toplanması və fəlakətin nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətin əlaqələndirilməsi üzrə təcili qərargah yaradılıb.

Qeyd edək ki, xilasedicilər Yaponiyanın özünümüdafiə Qüvvələrinin döyüşçülərinin dəstəyi ilə axtarış əməliyyatlarını davam etdirirlər.

COP29

www.yenicag.az

5829
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv