Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin qonağı plastik, estetik və rekonsktruktiv cərrahiyyə uzmanı Dr. Vüqar Ələkbərov olub. Müsahib liposaksiya, bədən şəkilləndirmə haqqında sualları cavablandırıb.
Yenicag.az müsahibəni təqdim edir:
Arayış
Peşəkar cərrah Uzm. Dr. Vüqar Ələkbərov 2012-ci ildə Türkiyə Respublikasında Plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə 7 illik uzmanlıq təhsilini tamamlayıb. On ildir ölkəmizdə plastik, estetik və lazer cərrahiyyəsi üzrə əməliyyatları uğurla həyata keçirir.
Dr. Vüqar Ələkbərov Amerika Plastik Cərrahiyyə Birliyinin (ASPS), Beynəlxalq Plastik Cərrahiyyə Təşkilatının (İSAPS), Türk Plastik Cərrahiyyə Birliyinin (TPRECD) üzvüdür.
– Liposaksiya əməliyyatı nədən ibarətdir?
– Liposaksiya əməliyyatı bədəndəki yağların vakuumla xaric edilməsidir. Texnologiya inkişaf etdikcə liposaksiya əməliyyatının nəticələri gündən-günə daha da gözəlləşir. Eyni zamanda tibbi risklər də sıfır səviyyəsinə qədər enib.
– Hansı hallarda bu əməliyyata ehtiyac yaranır?
– Sön dövrlər ölkəmizdə də artıq çəkidən əziyyət çəkən insanların sayı artmaqdadır. Bu, daha çox passiv həyat tərzi və düzgün qidalanmamaqla bağlıdır. Piylənmə artdıqca bədən şəkli dəyişir və insanlar öz vücudlarından utanmağa başlayır. Bu səbəbdən liposaksiya üçün müraciət edən pasiyentlərin sayı çoxalıb.
– Bəzən liposaksiya olunan və çox çəki itirən insanlarda dəri sallanmaları yaranır.
– Doğrudur. Əgər pasiyentdə belə bir hal yaranıbsa, lipodermoektomiya, yəni dəri ilə birlikdə piylərin də xaric olunması əməliyyatını icra edirik.
– Liposaksiyanı bədənin hansı nayihələrində icra etmək olar?
– Qarın, bel, ayaq, qol, hətta üzdə.
– Niyə ağır çəkili insanları liposaksiya etmək tövsiyə olunmur?
– Ağır çəkili insanlardan götürüləcək yağ miqdarı sağlıq üçün risklidir. Odur ki, əksər hallarda pasiyentə arıqlayıb gəlməyi məsləhət görürük. Normalda yağ çıxarılma limiti təxminən 10 kiloqramdır.
– Bu limiti keçdiyiniz hallar olmur?
– Bir həkim üçün pasiyentin sağlamlığı hər şeydən önəmlidir. Xəstənin sağlamlığına zərər verəcək heç bir addım atmaram. Hətta pasiyent özü istəsə belə, onunla söhbət edib vəziyyəti, mümkün riskləri izah edirəm. Mənim üçün bu iki amil əsasdır: sağlamlıq və təbii gözəllik. Cərrah kimi fəaliyyətim də bu prinsiplər üzərində qurulub.
– İndi hətta kosmetoloji salonlarda belə liposaksiya edirlər. Bunun pasiyentlər üçün hansı riskləri var?
– Bu cür işlərin mütləq mütəxəssis cərrah tərəfindən əməliyyatxana şərtlərində həyata keçirilməsi vacibdir. İnsan həyatına bu cür qeyri-ciddi yanaşmaq olmaz.
– Bədəndən çəkilən piy toxumalarından bədən şəkilləndirmə, üz gəncləşdirmədə istifadə etmək olarmı?
– Bədəndən çəkilən piy toxuması vitamin və kök hüceyrə ilə zəngindir. Əksər hallarda bu yağ toxumasını pasiyentin istəyinə görə başqa nahiyələrə transfer edirik. Bəzən də kök hüceyrəni ayırıb dərini, üzü gəncləşdirmək üçün saf formada ineksiya edirik. Köçürülən yağ toxumasının qalıcılığı həkimin əl işindən və yağ toxumasının keyfiyyətindən asılıdır. Hər şey düzgün qaydada olarsa, hətta ömürlük nəticə də əldə etmək mümkündür.
– Daha yaxşı nəticə almaq üçün pasiyentlərinizə nələri tövsiyə edirsiniz?
– Əsasən, liposaksiya ilə birlikdə pəhriz və idman etməyi də məsləhət görürük. Bu, əməliyyatdan mükəmməl nəticə almaq üçün vacibdir. Hətta əməliyyat sonrası masajlar və radiofrekans seansların da mühüm rolu var. Bu şərtlərlə gözəl və qüsursuz nəticələr əldə etmək mümkündür. Həmçinin piylərin təkrar formalaşmasının qarşısını almaq üçün də məsləhətlər veririk.
– Bilirik ki, əməliyyatlarınızı ən müasir cihazlarla həyata keçirirsiniz.
– Bəli. Son texnologiya ilə hazırlanmış cihazlar həm piylərin əridilməsinə, həm də sallanmış dərinin sıxlaşdırılmasına kömək edir. Bu da liposaksiya olunan bölgəni nahamar olmaqdan qoruyur. Hazırda “Vaser”, “Lipomatik 7”, “Jplasma” kimi müasir cihazlardan istifadə edirəm. “Vaser”, əsasən, “HD liposuction”, yəni düzgün xətlərə sahib olmaq üçün istifafə olunur. “Lipomatik 7” isə piyi dəridə nahamarlıq yaratmadan götürür. Dərinin sıxlaşdırılması üçün isə “Jplasma” cihazından istifadə edirəm.
– Azərbaycanda və Türkiyədə kifayət qədər pasiyentləriniz var. Hətta Avropa ölkələrindən də sizə çox sayda müraciətlər olur. Tanınmış şəxslərin də etibar etdiyi plastik cərrahsınız. Uğurlarınızın əsas səbəbi nədir?
– Məni seçən, güvənən hər bir pasiyentimə minnətdaram. Bir həkim olaraq, müraciət edən hər kəsə eyni həssaslıq və məsuliyyətlə yanaşmağa çalışıram. İlk növbədə, həkimin savadlı olması və peşəsinə məsuliyyətlə yanaşması çox önəmlidir.
Qeyd: Uzm. Dr. Vüqar Ələkbərov bütün növ plastik, estetik əməliyyatları peşəkarlıqla icra edən yüksək ixtisaslı mütəxəssisdir.
Maraqlananlar həkimlə (050) 999-11-15 mobil nömrəsi, https://vugarclinic.com/ saytı ilə əlaqə saxlaya bilərlər.
Həmçinin
https://www.facebook.com/vugaralakbarov feysbuk, eyniadlı “dr.vugaralakabarov” instaqram və
https://www.youtube.com/@VUGARALAKBAROV yutub hesabları ilə də həkimə elektron müraciət etmək olar.
www.yenicag.az