Livan hökuməti Hizbullahın ağır silahlarını əlindən almaq istəyir — İran isə təzyiqləri artırır!

media-hightechnic-468x90

Livan höküməti Hizbullahın əlindən ağır silahları almağa çalışır.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

media-mehemmedesedullazade1

Politoloq Livan hökümətinin Hizbullahın silahsızlaşdırılması barədə verdiyi göstərişin nə dərəcədə effektiv ola biləcəyini sadalayıb:

“Livanda Hizbullahın silahsızlaşdırılması ilk növbədə ABŞ və İsrailin əsas tələbidir. Bundan sonra Livana hərbi, texniki təhlükəsizlik sahəsində kömək edəcəklər, amma görürük ki, İran tərəfi də ciddi şəkildə Livan hökümətinə təzyiq etməyə çalışır, Hizbullaha silahlar ötürülür və s.”

M. Əsədullazadə Hizbullah təşkilatının Livan hakimiyyətində yüksək mövqelər tutduğunu qeyd edib:

“Hizbullah da kifayət qədər güclü hərbi-siyasi təşkilatdır. Hökumətdə, parlamentdə yer alır. Hizbullahı Livanın hərbi-siyasi səhnəsindən tezliklə silmək mümkün olmayacaq. Biz görürük ki, İsrail lokal şəkildə Hizbullaha qarşı hərbi əməliyyatları davam etdirir. Sadəcə olaraq Livanın şimalından Hizbullahın çəkilməsi məsələsi var.”

Livan hökumətinin Hizbullahı ağır silahları əlindən almaq istəməsinə rəğmən İran hökumətinin onları dəstəkləməyə və silah ötürməyə davam etdiyini qeyd edən politoloq bu “silahsızlaşdırılma” prosesinin yaxın zamanda həll olacağının inandırıcı olmadığını bildirib:

“Digər məsələ də ola bilər ki, Hizbullahdan ağır silahları təhvil vermək tələb olunsun. Livan höküməti də Hizbullahdan loqistik və hərbi bazaların əlindən alınması ilə bağlı təzyiq edir. Düşünürəm ki, bu növbəti mərhələdə vətəndaş müharibəsinə gətirib çıxara bilər, hətta Hizbullah hökümətə qarşı da qalxa bilər, bu istisna deyil. Baxmayaraq ki, bu gün Livanın özünün nizami ordusu yoxdur. Hizbullah da məhz Livanda İsrailin işğalına qarşı yaradılan bir təşkilatdır. Sadəcə olaraq İranın Hizbullaha ciddi şəkildə dəstəyi var. Bu dəstəyin çəkilməsi tələb olunur və ağır silahların onların əlindən alınmasına çalışılır. Təbii ki, Livanla İsrail arasında da bu istiqamətdə anlaşma var və Livan höküməti söz verib ki, Hizbullahın silahsızlaşdırılması və siyasi səhnədən uzaqlaşdırılması istiqamətində işlər həyata keçiriləcək, amma Livan hökümətinin buna nə qədər qadir olacağını da biz yaxın perspektivdə şahidi olacağıq.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa