Livanda qadın nazir istefa verdi

media-hightechnic-468x90
Livanın informasiya naziri Manal Abdel Səməd istefa verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qadın nazirin bu addımı atmasına səbəb Beyrutda baş verən güclü partlayış olub.
“Mən livanlılardan üzr istəyirəm, ona görə ki, biz onların ümidlərini doğrulda bilmədik. Beyrut qəzasının dəhşətindən sonra hökumətdən istefa haqqında ərizə verirəm”, – deyə nazir bildirib.
Xatırladaq ki, avqustun 4-də Beyrutda Livan Hərbi Dəniz Qüvvələrinin bazasının yaxınlığında partlayış olub. Hadisə nəticəsində 160-dan çox insan ölüb, 5 minə yaxın insan yaralanıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa