“Liverpul”un əfsanəsi işsiz qaldı

media-hightechnic-468x90

“Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrardın gələn ilin aprelinə qədər hər hansısa Britaniya klubuna rəhbərlik etməyəcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, mütəxəssisin fəaliyyətinə fasilə verməsi vergi qanunvericiliyi ilə əlaqəlidir. Belə ki, yanvarda Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrılan Cerrard yaz fəslinə qədər Böyük Britaniyada işə başlayarsa, Səudiyyə Ərəbistanındakı qazancının 45 faizini vergi kimi ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, adı son vaxtlar “Midlsbro” və sabiq komandası “Reyncers”lə hallanan ingiltərəli çalışdırıcı maliyyə itkisinə yol verməmək üçün müvəqqəti olaraq gələn təklifləri qəbul etməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa