Liviyada kimyəvi silahlar ələ keçirildi

media-hightechnic-468x90

29d77330d0a6ee676c472762b9b7aaa8Liviyada radikal silahlı qruplaşmalar ölkənin keçmiş lideri Müəmmar Qəddafinin rejimindən qalan kimyəvi silah arsenalının bir hissəsini ələ keçirərək ilk sınaqlar keçiriblər.

Yenicag.az apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əş Şərk əl Ausat” nəşri məlumat yayıb.

Məlumata əsasən, söhbət Liviyanın cənubunda və mərkəzi hissəsində səhrada saxlanılan silahlı maddələrdən gedir. Hərbçilər silahlıların ələ keçirdiyi “qənimət”ləri hökumət qüvvələrinə qarşı istifadə edəcəyindən ehtiyat edir.

Qəzetin məlumatına görə, Ruvaqe şəhəri yaxınlığında kimyəvi silahların məhv edilməsi üçün nəzərdə tutulmuş müəssisə bir müddət “Misurata briqadaları” qruplaşmasının nəzarəti altında olub. Müəssisənin mühafizəçiləri silahlıların ərazini tərk edərkən özləri ilə naməlum həcmdə “iprit” adlı zəhərli maddə aparıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600