Lokal antiterror ƏMƏLİYYATLARI: “100 illik problem 1 günə həll olundu”

media-hightechnic-468x90

“Təəssüf ki, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək üçün uzun illər mübarizə aparmalı olduq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu deyib.

media-hikmetbabaoglu1

O bildirib ki, bununla da Azərbaycan 100 illik problemi həll etdi:

“Torpaqlarımızın 20 faizi işğal altında idi. 44 günlük Vətən müharibəsindən sonra zəfər çaldıq, ərazi bütövlüyümüz təmin olundu. Suverenliyimizin bərpası üçün isə 30 yox, 100 illik problem həll edilməli idi. Çünki Azərbaycan ərazisindəki “muxtar” vilayət 1923-cü ildə yaradılmışdı. Problem bizə sovet dövründən “miras” qalmışdı. Sözügedən məsələ Birinci Qarabağ müharibəsindən sonra yaranan problem deyildi. Bir çoxunun gözündə bu, kristallaşmış problem idi, düşünürdülər ki, həll olunmayacaq. Ancaq Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti nəticəsində 100 illik kənar maddə milli dövlətçiliyimizin bədənindən cərrahi yolla kənarlaşdırıldı. Biz, 100 illik məsələni həll etdik və bu, 24 saata baş verdi. Ölkəmiz suverenliyini bərpa etdi və müstəqil dövlətə çevrildi. Ona görə də Vətən müharibəsi bizim tarixi zəfərimizdirsə, lokal antiterror əməliyyatı bu zəfərin baş tacıdır. Bu, millətimizə əbədi müstəqillik və azadlıq qazandırdı”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa