Lokman Biter yenidən TÜİB-in RƏHBƏRLİYİNDƏ

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, ötən həftə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) növbəti qurultayı keçirilib.

Yenicag.az xəbər verir ki, “Makro Holdinq”in prezidenti Lokman Biter yenidən TÜİB-in İdarə Heyətinə üzv seçilib. O, əvvəlki dönəmlərdə də İdarə Heyətində təmsil olunub. Bu dəfə də Lokman Biter qurumun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edəcək.

Qeyd edək ki, “Makro2000” şirkəti müxtəlif sahələrdə – xeyriyyəçilik, səhiyyə, təhsil, Qarabağın bərpası və müdafiə sənayesi üzrə genişmiqyaslı fəaliyyət göstərir. Şirkət, eyni zamanda, yerli və beynəlxalq səviyyədə humanitar layihələrin həyata keçirilməsində, sosial məsuliyyət təşəbbüslərində, eləcə də innovativ texnologiyaların tətbiqi ilə strateji sahələrdə ciddi töhfələr verməkdədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600