Lukaşenko əyyaş nazirləri işdən qovdu

media-hightechnic-468x90

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə ciddi kadr dəyişiklikləri aparıb.

Yenicag.az xəbər verir ki, A.Lukaşenko buna səbəb kimi bəzi məmurların sərxoşluq, əyyaşlıq etdiyini göstərib. “Mən hökumətdə kadr dəyişikliklərindən sonra monitorinqi və vəziyyəti nəzarətdə saxlayacağam. Qeyd edim ki, bu islahatlar hələ son deyil. Mənim müəyyən etdiyim iş prinsiplərinə cavab verməyən məmurlar vəzifədən kənarlaşdırılacaqlar”, – deyə Belarus Prezidenti əlavə edib. Dövlət başçısının sözlərinə görə, vəzifələrindən kənarlaşdırılan məmurlar özlərini ədəbli, ləyaqətli aparmayıblar.

Qeyd edək ki, Belarus Prezidenti avqustun 31-də bir neçə naziri, səfirləri, icra hakimiyyəti başçılarını vəzifələrindən kənarlaşdırıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600