“Lukaşenko təhlükəsi” üçün daha 3 AY: Belarusun Ukraynaya təhdidi davam edir

media-hightechnic-468x90

Belarus hakimiyyəti ölkə ərazisində bütün tip sərnişin təyyarələri və PUA-lar üçün tətbiq edilmiş uçuş qadağası 3 ay müddətinə uzadılıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumat Belarusun müxalif “Belaruski Qayun” “Telegram” kanalında yayımlanıb.

Məlumata görə, ölkə ərazisində uçuş qadağası tətbiq olunan ərazilərdə istənilən tip sərnişin təyyarələri və PUA-lar üçün 0 metrdən 19 min 800 metr yüksəkliyə qədər tətbiq edilmiş uçuş qadağasının daha 3 ay müddətinə uzadılması qərara alınıb.

Qərara uyğun olaraq NOTAMN O0547/22 adlı sənədlə tənzimlənən sözügedən qadağa bu il iyulun 8-dən oktyabrın 7-nə kimi qüvvədə qalacaq.

Hesab edilir ki, Belarus hakimiyyətinin bu qərarı Rusiyanın yanında olan Lukaşenko rejimi tərəfindən Ukraynaya yönəlik müdaxilə təhdidinin aradan qalxmaması anlamına gəlir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa