!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Lunadan QALMAQALLI SÖZLƏR: “Adını feminist qoyub, fahişəliyi təbliğ edir”

!Reklam – Yazi

“Qadın var, adlarını feminist qoyub, telekanallarda, sosial şəbəkələrdə fahişəliyin təbliğatını aparır”.

Bun son vaxtlar onu qıcıqlandıran hadisələrlə bağlı fikirlərini bölüşərkən müğənni Luna Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi feministlərlə də bağlı sərt danışaraq, onların sosial şəbəkə və efirlərdə əxlaqsızlığı təbliğ etdiklərini bildirib:

“Sağlam cəmiyyətdə yaşamaq istəyirik. Son vaxtlar narkomanların, əxlaqsızların çoxalması məni həddən artıq narahat edir. Bizim üçün milli dəyərlər var. Amma bugünkü gün dəyərlər itir. Məsələn, cinsi azlıqlar açıq şəkildə istədiyi hərəkəti edir, amma cəzasız qalır. Buna görə çox narahatam, çünki mənim də övladım var.

Feminist adı altında əxlaqsızlığı təbliğ edənlər də artıb. Qadınlar var, adlarını feminist qoyub, telekanallarda, sosial şəbəkələrdə fahişəliyin təbliğatını aparır. Açıq şəkildə, abırsızcasına deyir ki, mən istədiyim kimi bədənimi sata bilərəm və s.”

Luna bildirib ki, onlara qarşı sərt cəza tədbirləri görülməlidir:

“O cür proqramlar efirlərdən dərhal yığışdırılmalıdır, sosial şəbəkələrə nəzarət olunmalıdır. Elə tərbiyəsizlərə dərhal qadağa qoyulmalıdır. Çünki mənim övladım efirdən, sosial şəbəkədən elələrini görəndə hansı tərbiyəni götürəcək. Mən evdə deyirəm o pisdir, amma bütün günü sosial şəbəkələrdə elə şeylərin təbliğatı gedir. Mən gələcəkdə övladımın hansısa hərəkətinin qabağını ala bilməyəcəm. Çünki o qədər artıb ki, biz də onlarla bacarmırıq. Belə şeylər geniş şəkildə müzakirə olunub, qınaq obyektinə çevrilməlidir. Ümumiyyətlə elə insanlarla bağlı sərt cəza tədbirləri görülməlidir ki, insanlar çəkinsin, qorxsun. Gənclər arasında belə şeylərə qarşı təbliğat aparılmalıdır ki, onları belə çikin əməllərdən qoruya bilək”.

Cəvahir

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv