Luvrdan oğurluq edənlər təqsirlərini qismən etiraf etdilər
“Luvr muzeyində oğurluq hadisəsi ilə bağlı şübhəli qismində saxlanılmış iki nəfər təqsirlərini qismən etiraf edib”.
Yenicag.az xəbər verir ki, bunu Paris prokuroru Lor Beko mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, oktyabrın 25-də saxlanılmış hər iki şəxs oğurluq hadisəsində iştiraklarını qismən etiraf ediblər. Beko əlavə edib ki, istintaqın oğurlanmış zinət əşyalarının yeri barədə hələ də məlumatı yoxdur.
Saxlanılanlardan birinin 34 yaşı var, Əlcəzair vətəndaşıdır və 2010-cu ildən Fransada yaşayır. Digəri 39 yaşındadır, Paris yaxınlığındakı Overvil kommunasında anadan olub, son zamanadək orada yaşayıb.
Xatırladaq ki, Luvrda qarət hadisəsi oktyabrın 19-da baş verib./Oxu/












