!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Macarıstan mətbuatı Xocalı soyqırımından yazıb

!Reklam – Yazi

Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 25 illik ildönümü ilə əlaqədar olaraq yerli mətbuatda həm macar, həm ingilis dillərində məlumat xarakterlibir sıra materiallar dərc edilib. Məlumatlar yerli ictimaiyyətin gündəlik ən çox müraciət etdiyi “alfahir.hu”, “dailynewshungary.hu”, “os.mti.hu” xəbər portallarında yerləşdirilib. 

Məqalələrdə Qarabağın Azərbaycanın əzəli, tarixi torpaqları olması və Ermənistan ordusunun işğalı nəticəsində yaranmış vəziyyət əksini tapıb. Macar cəmiyyətinə 25 il öncə Qarabağın Xocalı şəhərindədinc azərbaycanlıların işğalçı Ermənistan ordusu tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsivə faciənin Meksika, Pakistan, Bosniya və Hersoqovina, Çex Respubikası, Cibuti parlamentləri və ABŞ-ın 22 ştatı tərəfindən rəsmi olaraq soyqırımı kimi qəbul edilməsi haqqında geniş məlumat verilib. Xüsusilə BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Birliyi Parlamentinin Qarabağın Ermənistan tərəfindən işğalını qınayan qətnamələrin mövcudluğu vurğulanıb.
Xocalı haqqında yazıların birində hər il olduğu kimi ənənəvi olaraq Macarıstan parlamentində çoxsaylı millətvəkilləri ilə təmsil olunan və Azərbaycana da xüsusi simpatiyası ilə seçilən Jobbik Partiyasının Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi qınaması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirdiyi qeyd edilib.

http://alfahir.hu/2017/02/26/azerbajdzsan_ormeny_nepirtas
http://os.mti.hu/hirek/124629/a_jobbik_parlamenti_frakciojanak_kozlemenye-2_resz
https://dailynewshungary.com/azerbaijani-community-hungary-commemorated-khojaly-genocides-victims/

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv