Madonnanın “bomj” qardaşı evə qayıtdı – 7 il sonra…

Məşhur amerikalı müğənni Madonnanın (Madona Luiz Çikkone) 61 yaşlı qardaşı Entoni Çikkone yeddi il cəmiyyətə zidd həyat tərzindən sonra doğmalarının yanına – ailəsinə dönməyə qərar verib.

Yenicag.az “The Sun”-a istinadən xəbər verir ki, “bomj” həyatı sürən Entoni bu illər ərzində Miçiqandakı körpünün altında gecələyirmiş. Madonna bir neçə dəfə ona öz yardımını təklif etsə də, qardaşı buna kəskin etiraz nümayiş etdirib.

İddiaya görə, Entonini vaxtilə ailənin üzüm bağında şərab içən yerdə tutduqdan sonra evdən qovublar.

Lakin bugünlərdə Madonnanın digər qardaşı Kristofer, Entoninin yenidən ailəsinin yanına döndüyünü xəbər verib. O, bildirib ki, qardaşı hazırda alkoqol və narkotik vasitələrdən asılılığa görə müalicə kursu alır.

COP29