Madurodan təsdiq GƏLDİ: Venesuela liderinin sürgün üçün Türkiyə PLANI

media-hightechnic-468x90

Venesuela Prezidenti Nikolas Maduro, ABŞ ilə apardığı gizli danışıqlarda, ən geci 18 ay ərzində vəzifəsindən istefa etməyə hazır olduğunu bildirib. Bu, Latın Amerikasında siyasi təlatümə səbəb olub.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, Maduronun və ABŞ rəhbərliyinin nümayəndələrinin müxtəlif kanallardan təmasda olduğu və yeni müzakirə formatları üzərində işləndiyi qeyd olunur. Mənbə, Maduronun “Ən geci 18 ay ərzində istefa etməyə hazıram” ifadəsini sənədlərdə açıqladığını bildirir.

Bu açıqlamalar, ABŞ Prezidenti Donald Tramp-ın sərt və təhdidedici şərhləri fonunda gəlib. Tramp, Venesuelanı “dost bir ölkə” hesab etmədiyini və ölkəyə həbsxanalardan, dəstələrdən milyonlarla insanın göndərildiyini vurğulayıb.

media-venezuela-lideri-maduro-istifa-mi-edecek-tarih-verdiler-1751797_202512011015_20251201101525_1

Wall Street Journal-ın məlumatına görə, Tramp, ötən həftə Maduro ilə telefon danışığında, Venesuela lideri vəzifəsini tərk etməzsə, “hərbi seçimlər”ə baş vurulacağını bildirib. Karakas isə bu təhdidlərə cavab verərək, ABŞ-ın təzyiqinə qarşı çıxıb və heç bir şantaja boyun əyməyəcəklərini bəyan edib.

Sürgün məsələsi də müzakirə edilən mövzulardan olub. The Washington Post qəzetinə danışan anonim bir ABŞ rəsmisi, Maduro-nun sürgün üçün ən uyğun ölkə olaraq Türkiyəni seçdiyini bildirib. Mənbə, Maduronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana güvəndiyini və Ərdoğan-ın Tramp ilə birbaşa əlaqə qura bilən az sayda liderdən biri olması səbəbindən bu seçimin güclü olduğunu vurğulayıb.

Məlumatlara görə, Maduronun sürgün məsələsini Türkiyə ilə müzakirə etdiyi və bu variantın onun siyasi gələcəyi üçün ən uyğun seçim ola biləcəyi düşünülür.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa