Maduronun xələfi prezident qismində and içdi

media-hightechnic-468x90

Ötən şənbə gününə qədər Venesuelanın vitse-prezidenti vəzifəsini tutan Delsi Rodriges müvəqqəti dövlət başçısı kimi and içib.

Yenicag.az CNN telekanalına istinadən xəbər verir ki, andiçmə mərasimi Venesuela Milli Assambleyasında baş tutub.

Andiçmə mərasimini parlamentin spikeri və müvəqqəti prezidentin qardaşı Xorxe Rodriges keçirib.

Delsi Rodriges bu vəzifəyə Nikolas Maduronun Karakasda ABŞ-nin hərbi əməliyyatı nəticəsində saxlanılmasından sonra başlayıb. Qeyd edək ki, Maduro həyat yoldaşı Siliya Flores ilə birlikdə ölkədən çıxarılıb./Oxu/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa