!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Magistraturaya qəbul imtahanında “ÇƏTİN SUALLAR”: “Bakalavrlar hansı fənndən zəif hazırlaşırlarsa...”

!Reklam – Yazi

“Magistratura imtahan modelində məntiq üzrə sualların sayının azaldılmasına ehtiyac var”.

Bu fikirləri magistraturaya qəbul imtahanına düşən sualların çətinliiy ilə bağlı narazılıqların olmasına münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda magistraturaya qəbul modelinə hər hansı dəyişikliyin edilməsi real görünmür.

“Hər il imtahandan sonra iştirakçılar hansısa fənn üzrə sualların tərtibindən narazılıqlarını bildirirlər. Bundan bir neçə il əvvəl məntiq, keçən il xarici dil, bu dəfə isə daha çox informatika fənnindən sualların çətin olması ilə bağlı narazılıqlar var.

Bakalavrlar hansı fənndən zəif hazırlaşırlarsa, o fənndən olan sualların çətin olduğunu iddia edirlər. Hazırda magistr imtahan modelinə dəyişikliyin edilməsi real görünmür. Sonuncu dəyişikliyə görə, ixtisas fənnlərindən veriləcək imtahan ləğv olunmuşdu. İndiki modeldə isə iştirakçılar yalnız məntiq, xarici dil, informatika fənnindən imtahan verirlər.

Fikirimcə, məntiq fənnindən olan sualların sayının bir qədər azaldımasına ehtiyac var. Əvəzində isə xarici dil və informatika fənnləri üzrə sualların sayını artırmaq daha məqsədə uyğun olar. Lakin ümumilikdə magistr imtahan modelinin dəyşdirilməsinə tərədarı deyiləm. Artıq bakalavrlar bu sistemə uyğunlaşıblar və imtahanlar 3-4 ildir ki, bu model əsasında keçirilir”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv